Podesta Putini devirməyə çağırdı

24.09.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya vətəndaşları Ukraynaya qarşı müharibəyə son qoymaq və ölkə daxilində vəziyyəti dəyişdirmək üçün Vladimir Putin rejimini devirmək gücünə malikdirlər”.

“Cebheinfo.az”-ın məlumatına görə, Avropa Komissiyasının sözçüsü Arianna Podesta belə deyib.

“Bu müharibəni dəstəkləyən bir hökumətin olub-olmayacağına qərar vermək Rusiya vətəndaşlarının özlərindən asılıdır. Ona görə də əgər Rusiya vətəndaşları bu müharibənin nəticələrini yaşayırlarsa, ölkə daxilində buna qarşı tədbir görmək imkanına malikdirlər”, - deyə Podesta əlavə edib.

Beləliklə, Podesta “Vot Tak”ın Yuliya Navalnanın Aİ-nin rusiyalı oliqarxlar Əlişir Usmanov və Mixail Fridmana qarşı sanksiyaları ləğv etmək qərarını tənqid etməsi və eyni zamanda, müharibəyə qarşı çıxan ruslar üçün Aİ-də leqallaşdırma ilə bağlı problemlərə diqqət çəkməsi ilə bağlı verdiyi şərhə dair suala cavab vermiş olub.

Qeyd edək ki, Aİ ölkələri Usmanov və Fridmanı sanksiya siyahısından çıxarıb.

Eyni zamanda, Rusiya ilə əlaqəli təxminən 3 000 şəxs və təşkilata qoyulan məhdudiyyətlər üç il müddətinə uzadılıb.

“Reuters” agentliyinin məlumatına görə, qərar Fransa və Lüksemburqun təzyiqinin nəticəsi olub.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью