Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İş qadını Kayli Cenner ilk dəfə “Victoria’s Secret” podiumunda çıxış edib və debütündə 50 milyon dollar dəyərində olan “Fantasy Bra”nı nümayiş etdirib.
OLAY yazır ki, ağ tüklü qanadlarla tamamlanan bu dizayn brendin indiyədək hazırladığı ən bahalı Fantasy Bra olub.
“Jacob & Co.” ilə əməkdaşlıq çərçivəsində hazırlanan zinət əşyasında 4 410 təbii brilyant və mərkəzində 75,54 karatlıq sarı brilyant yer alır. Heç bir parça materialından istifadə edilmədən, yalnız qızıl və brilyantlardan hazırlanan bu dizayn üzərində 15 sənətkar 1 000 saatdan çox çalışıb.