Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Podoloq Alehandro Martines bir çox insanın ayaq dırnaqlarını kəsərkən üç geniş yayılmış səhvə yol verdiyini və bunun sonradan sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “El Confidencial” nəşrinə danışıb.
Martines ilk səhv kimi dırnaqların kənarlarının yumru formada kəsilməsini göstərib. Onun sözlərinə görə, bu üsul dırnaqların daha səliqəli görünməsinə səbəb olsa da, onların ətə batması riskini əhəmiyyətli dərəcədə artırır. Bu isə ağrı, qızartı və şişkinliyə səbəb ola bilər.
İkinci səhv isə əyri uclu dırnaqkəsənlərdən istifadə etməkdir. Podoloq bunun əvəzinə düz uclu qayçı almağı tövsiyə edib. Onun sözlərinə görə, belə qayçı kəsim istiqamətinə daha yaxşı nəzarət etməyə imkan verir.
Martinesin fikrincə, üçüncü səhv dırnağın əsas hissəsi kəsildikdən sonra kənarlarda iki kiçik bucaq saxlanılmasıdır. Həkim bildirib ki, həmin hissələr dırnaq pilkəsi ilə hamarlanmalıdır və onları qayçı ilə kəsmək olmaz.
Qeyd edək ki, daha əvvəl podoloq Darya Ruşantseva dırnaqların xarici görünüşünə təsir edən xəstəlikləri açıqlayıb. O, dırnaqların lay-lay ayrılmasını vitamin və mineral çatışmazlığı ilə əlaqələndirib.
Xədicə BAXIŞLI