Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Sabah"ın qapıçısı Stas Pokatilov Avropa Liqasında "Çelye"yə (Sloveniya) qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi. Sport24.az xəbər verir ki, qazaxıstanlı qolkiper jurnalistlərin suallarını cavablandırdı…
– Rəqib haqda məlumatlıyıq. "Çelye"nin güclü və zəif tərəflərini bilirik. Şanslar bərabərdir. Bu oyuna hazır olduğumuzu deyə bilərik.
– Mövsümün sonunda kubok qazandınız və baş məşqçi Vasili Berezutski klubdan ayrıldı. Kluba onun istəyi ilə gəlmişdiniz. Hazırda komandada vəziyyət necədir?
– Əvvəlki məşqçi heyətinə təşəkkür edirəm, onlarla tarix yazdıq. Yeni baş məşqçimizin oyun üslubu, məndən istədikləri xoşuma gəlir. Oyunu səbirsizliklə gözləyirəm.