Pokatilovun keçidi hələ rəsmiləşməyib

19.01.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Qazaxıstan millisinin və “Tobol”un qapıçısı Stas Pokatilov karyerasını Azərbaycanda davam etdirə bilər. 32 yaşlı qolkiperin icarə əsasında “Sabah”a keçidi mümkündü.

Yayılan xəbərlərin nə dərəcədə doğru olduğunu “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan soruşduq:

“Hazırda transfer məsələsində işlər davam edir. Hər hansı keçid rəsmiləşmədən dəqiq nəsə demək mümkün deyil. Qarşıdakı günlərdə rəsmiləşən keçid olsa, ictimaiyyətə məlumat veriləcək”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью