Pol Makkartni öz rekordunu yenilədi

10.06.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya şöhrətli müğənni Pol Makkartni öz rekordunu yeniləyib.

Axşam.az xəbər verir ki, bu barədə "Official Charts Company" məlumat yayıb.

Böyük Britaniyada musiqi hit-paradlarını tərtib edən şirkətin açıqlamasına görə, “The Boys of Dungeon Lane” adlı yeni albom Pol Makkartninin Britaniya çartlarında birinci pilləyə yüksələn 24-cü albomu olub. Bununla da musiqiçi ən çox albomu hit-paradlarda zirvəyə çatan ifaçı kimi yeni rekorda imza atıb.

14 mahnıdan ibarət olan albom 2021–2025-ci illərdə yazılmış bəstələri əhatə edir və sənətçinin son beş ildə yayımlanan ilk solo işi hesab olunur. Albom mayın 29-da satışa çıxarılıb və əsas striminq platformalarında yayımlanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью