Pol Poqba Rusiyadan gələn təkliflərə yox dedi

21.01.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

"Yuventus"un keçmiş yarımmüdafiəçisi Pol Poqba Rusiyadan gələn təklifi təsdiqləyərək gələcək planlarından danışıb.

"Təkliflər? Maraqlıları da var, az maraqlıları da. Sizə bir misal deyim: Rusiyada oynamaq mənim məqsədim deyil. Mənim başqa məqsədlərim var.

Çempionlar Liqasında çıxış edən klub? Bəli, niyə olmasın? Gəlirsə, niyə də olmasın? Mən top-5 liqalarda oynamaq istəyirəm, amma bu, təkcə məndən asılı deyil, bir çox amillərdən asılıdır”, – Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Poqba deyib.

Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. İdman Arbitraj Məhkəməsi (CAS) bu müddəti bir il yarıma endirib və futbolçu 2025-ci ilin yanvarında məşqlərə davam edə biləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью