Pol Poqbanı istəyən klub transferdən son anda imtina etdi

14.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Yuventus"un və Fransa millisinin sabiq yarımmüdafiəçisi Pol Poqba karyerasını A Seriyasında davam etdirməyə yaxın olsa da, keçid baş tutmayıb.

Oxu.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, futbolçu ilə "Fiorentina" maraqlanıb. Tərəflər arasında hətta bir neçə görüş də olub. Lakin sonda "bənövşəyilər" yarımmüdafiəçinin fiziki hazırlığına şübhə etdikləri üçün onunla müqavilə imzalamaqdan imtina ediblər.

Qeyd edək ki, Poqba hazırda azad agentdir. O, qadağan olunmuş maddə qəbul etdiyinə görə dörd il müddətinə diskvalifikasiya edilib, lakin İdman Arbitraj Məhkəməsi (CAS) qadağanın müddətini 18 aya endirib. Futbolçu yanvardan fərdi məşqlərə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью