Pol Uokerin qardaşından “Forsaj” etirazı

12.09.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərhum aktyor Pol Uokerin qardaşı Kodi Uoker onun canlandırdığı "Brayan O'Konnor" obrazının “Forsaj”ın final filmində geri qayıtmasına qarşı olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, Kodi Uoker “Entertainment Weekly”yə açıqlamasında obrazın əvvəlki filmdəki taleyindən razı qaldığını bildirib.

O, "Braya"nın öldürülmədən, ailəsinin yanına qayıtaraq hekayədən çıxarılmasını düzgün qərar hesab etdiyini deyib. Aktyorun sözlərinə görə, müasir texnologiyalar və süni intellekt vasitəsilə obrazı yenidən ekrana gətirmək mümkün olsa da, bu prosesdə onun və digər qardaşı Kalebin iştirakına ehtiyac yoxdur.

Kodi Uoker bildirib ki, Brayanın geri qaytarılıb-qaytarılmaması ilə bağlı son qərarı Pol Uokerin qızı Midou Uoker verməlidir.

Qeyd edək ki, Pol Uoker 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişib. Aktyorun ölümü zamanı “Forsaj 7”nin çəkilişləri davam edirdi. Onun yarımçıq səhnələri qardaşlarının iştirakı və vizual effektlər vasitəsilə tamamlanmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью