Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun oğlu Davud Həşimov ali təhsil almaq üçün ABŞ-ı seçib.
Modern.az xəbər verir ki, Davud Həşimov 4 müxtəlif ölkənin 7 nüfuzlu universitetindən qəbul alıb. Milli Qəhrəmanın oğlu təhsilini ABŞ-ın prestijli ali təhsil müəssisələrindən biri olan Purdue Universitetində davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, Purdue Universiteti dünyada mühəndislik və texnologiya sahəsində aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur.
Aytac Bəhruzqızı