Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Kurtlar Vadisi" serialında canlandırdığı əfsanəvi "Polat Alemdar" obrazı ilə yaddaşlara həkk olunan məşhur aktyor Nəcati Şaşmaz haqqında hər kəsi həyəcanlandıracaq xəbər yayılıb.
Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq qalan aktyorun yeni ünvanı bəlli olub.
Türkiyə mediasında yayılan iddialara görə, Nəcati Şaşmaz ekranların yeni və populyar mafiya serialı olan "Yeraltı"nın heyətinə daxil olur.
Şaşmazın seriala qoşulub-qoşulmayacağı və xüsusən də onun rolunun nə olacağı artıq araşdırma mövzusuna çevrilib.
Həmidə İbrahimova