Polat və Çakır vida mərasimində Video+Fotolar

23.03.2025

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kurtlar Vadisi”, “Ekmek Teknesi”, “Deli Yürek” kimi unudulmaz seriallara imza atan prodüser, rejissor və ssenarist Osman Sınav ötən gün dəfn edilib.

Axşam.az xəbər verir ki, mərhum uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. 69 yaşında vəfat edən rejissorla ötən gün Atatürk Mədəniyyət Mərkəzində (AKM) vida mərasimi keçirilib.

Dəfn mərasimində “Kurtlar Vadisi” serialının “Polat”ı Necati Şaşmaz, “Çakır”ı Oktay Kaynarca, Gürkan Uygun, aktyorlar Kenan İmirzalıoğlu, Selçuk Yöntem, İbrahim Çelikkol, Mehmet Aslantuğ və başqaları iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью