Poliklinikalarda yeni elektron növbə sistemi qurulur TƏBİB rəsmisi

08.12.2025

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Hazırda poliklinikalarda yeni elektron növbə sistemi qurulur”

Medicina.az xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusundakı təlimdə çıxışı zamanı deyib.

Z.Ədilova bildirib ki, artıq Hövsan Ailə Sağlamlıq Mərkəzində yeni elektron növbə sistemi hazırdır. Bu indiyədək qurulan sistemdən fərqlənir. Hazırda sistem texniki sınaqdan keçirilir:

“Sözügedən sistem növbələri optimallaşdıracaq və daha qısa müddətdə pasiyentin tibbi xidmət almasına şərait yaradacaq”.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью