Polina Rəhimovanın yeni komandası bəlli olub

12.08.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 avqust, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunçusu Polina Rəhimovanın yeni komandası bəlli olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 37 yaşlı voleybolçu Yüksək Liqada mübarizə aparan “DH Volley”ə keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Polina Rəhimova son olaraq Yunanıstan təmsilçisi “Panionios”a çıxış edib.

Müxbir – Cavid Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью