Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 107,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 101 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq heroin, 1,2 kiloqramdan çox həşiş, 1 kiloqrama yaxın metamfetamin, həmçinin 1299 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.