Polis 11,8 kiloqram narkotik götürüb

16.07.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,8 kiloqramdan artıq narkotik vasitə götürülüb.

Bakıvaxtı.az bu barədə DİN-ə istinadla bildirir.

Qeyd edilib ki, bundan əlavə, yabanı halda bitmiş, ümumi çəkisi 2,2 ton olan 1527 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyi bildirir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью