Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 19-da ümumi çəkisi 14 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.