Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən ötən gün ərzində respublika ərazisində qeydə alınan 51, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 cinayət faktının açılması təmin edilib.
“Yeni Sabah” xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan ümumilikdə 156 şəxs saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Onlardan 128 nəfəri borclu qismində axtarışda olanlardır.
Bundan başqa, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18, qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində isə 4 fakt müəyyən olunub. Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Məişət texnikası
Cəlalə Cəlalqızı