Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qaradağ rayonu, Qobustan qəsəbə sakini 2007-ci il təvəllüdlü Elvin Əhmədov ötən gün yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə KONKRET.az-a Elvinin yaxınları məlumat verib.
Məlumata görə, artıq polis tərəfindən adıçəkilən şəxsin axtarışı elan olunub.
Onun əlamətləri: boyu 175 sm, saçları qara, arıq bədən quruluşludur.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzi və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, eyni zamanda onun yaxınının (070) 926-26-97 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.