Polis 21 yaşlı Əlisanı axtarır

18.06.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Cəlilabad rayon sakini itkin düşüb.

Milli.Az-ın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Hüseynağa oğlu Mirzəyev ötən gün evi tərk edərək, naməlum istiqamətə gedib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью