Polis 23 yaşlı bu qadını axtarır Foto

19.07.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göyçay rayonunda 23 yaşlı qadın itkin düşüb.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, rayon sakini, 2002-ci il təvəllüdlü Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub. Qadının əlamətləri: boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.

F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274 04 91 şəhər və 050 502 34 56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью