Polis 27 kiloqram narkotik aşkarladı

07.02.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da ümumi çəkisi 27,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Gununsesi.info -ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 9,8 kiloqrama yaxın heroin, 15,5 kiloqrama yaxın marixuana, 2,1 kiloqramdan çox həşiş, həmçinin 22 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью