Polis 29,2 kq narkotik aşkarladı

20.05.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 19-da ümumi çəkisi 29,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

"Unikal" xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 25,6 kiloqramdan artıq  marixuana, 2 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın tiryək, 650 qram heroin və 12 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью