Polis 50 kiloqramdan çox narkotik vasitə aşkarladı

04.06.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ötən gün polisin keçirdiyi əməliyyat nəticəsində aşkar olunan narkotik vasitələrin miqdarı məlum olub.

Bu barədə Gununsesi.info-a Daxili İşlər Nazirıiyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 3-də ümumi çəkisi 50,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 220 ədəd, yabanı halda bitmiş 1,6 ton çəkidə 16300 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью