Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb AZƏRTAC | Icma.az
Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 23 yanvar, AZƏRTAC Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüquqpo
Mülkiyyət əleyhinə və digər cinayətlər törətdiklərinə görə axtarışda olan 11 nəfər saxlanılıb, “isti izlərlə” 31 cinayətin üstü açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 162, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 63 fakt aşkarlanıb, mülki axtarışda olan 22 nəfər isə müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.Bununla yanaşı, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, avtoxuliqanlıq hərəkətlərinə yol verən və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu