Polis Ağsuda əməliyyat keçirdi TUTULAN VAR VİDEO

17.02.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ağsuda polis 9 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Tədbirlərlə əvvəllər məhkum olunmuş 29 yaşlı Orxan Niftullayev şübhəli şəxs qismində saxlanılıb.
Ondan 9 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini və paytaxta aparmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media, Aran bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью