Polis ailənin planını pozdu KONKRET

11.10.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Paytaxtın Qaradağ rayonunda 16 yaşlı qızın 25 yaşlı şəxslə evləndirilməsi üçün görülən toy hazırlığı dayandırılıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, tərəflər polis idarəsinə dəvət olunaraq onlar ilə profilaktik söhbətlər aparılıb.

DİN mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bununla bağlı bildirib: “Bu əməlin hüquqazidd hərəkət olması diqqətə çatdırılıb. Restoran sahibinə isə qanunauyğun qaydada xəbərdarlıq edilib. Onlar ilkin olaraq bildiriblər ki, toy deyil, övladlarının hərbi xidmətə yola salınması mərasiminə hazırlaşırlar. Hazırda məsələ diqqət mərkəzində saxlanılmaqla aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi təmin olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью