Polis Akademiyası işə qəbul elan edir

16.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında professor-müəllim (mülki) heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul aparılır.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, Akademiyaya hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Azərbaycan dilini sərbəst bilən vətəndaşlarımızın qəbulu elan edilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью