Polis Akademiyasında “Açıq qapı” günü keçirildi

15.11.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Polis Akademiyasında keçirilmiş “Açıq qapı” tədbirində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən 314 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.  

"Cebheinfo.az" xəbər verir ki, məktəblilər tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, idman meydançası, kursant yeməkxanası və yataqxana ilə tanış olublar.

Şagirdlər Akademiyada yaradılmış təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью