Icma.az, Axsham.az portalına istinadən məlumat verir. “Polis akademiyası”nın prodüseri Pol Maslanski vəfat edib.
Axşam.az xəbər verir ki, amerikalı prodüser 91 yaşında Kaliforniyada xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Maslanski 41 filmin prodüseri olub. Onun ilk layihəsi 1964-cü ildə Kristofer Linin baş rolda oynadığı "Yaşayan ölülər qalası"
Maslanski 1978-ci ildə "Kral" serialına görə "Emmi" mükafatına namizəd olub.
Onun 4,1 milyon dollarlıq büdcə ilə lentə alınan "Polis akademiyası" filmi 155 milyon dollar gəlir əldə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.