Polis avtomobilin baqajından 3 aylıq ŞIR BALASI AŞKARLADI FOTO

26.01.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyda Stavropol polisi avtomobilin baqajında ​​şir balası aşkarlayıb.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Qaraçay-Çərkəz Respublikası ilə Stavropol sərhəd keçid məntəqəsində baş verib.

Bildirilir ki, polislər sərhəd keçid məntəqəsində “Lada Granta” maraklı avtomobili saxlayıblar. Baxış zamanı avtomobilin yük yerində 3 aylıq şir balasını aşkarlayıblar.

27 yaşlı sürücü və onun 2 həmyerlisində heyvanla bağlı heç bir sənəd olmayıb.

Sürücü, heyvanı tanımadığı şəxsin xahişi ilə Neftekumska (Stavropolda şəhər) apardığını deyib.

Nəticədə şir balası mütəxəssislərin müşayiəti ilə müvəqqəti olaraq Stavropol zooparkına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью