Polis azyaşlını su kanalından çıxardı VİDEO

03.02.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Saatlı rayonu Qıraqlı kəndi ərazisindən keçən polis əməkdaşları su kanalında düşən azyaşlını xilas ediblər.

"Unikal" xəbər verir ki, kanaldan çıxarılan uşağa ilkin tibbi yardım göstərilib və o, xidməti avtomobillə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilən azyaşlının hazırda vəziyyəti qənaətbəxşdir.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью