Polis Bakıda itən gənclə bağlı axtarış elan etdi YENİLƏNİB

24.01.2025

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polis itkin düşən gənclə bağlı axtarış elan edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, 18 yaşlı İ.Qarayevin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

saat 09:22

Bakıda gənc oğlan itkin düşüb.

Lent.az xəbər verir ki, Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda yaşayan 18 yaşlı Qarayev İlham Elşad oğlu səhər saat 8:30-da işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью