Polis Bakıda nəqliyyat vasitəsini qaçıran şəxsi saxladı

15.01.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 46 yaşlı S.Səmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun qaçırdığı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətməsi də müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью