Polis Bakıda oğurluq və dələduzluq edənləri saxladı

08.01.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 6850 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı M.Teymurova saxlanılıb.

"Unikal" xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 5695 manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ş.Bəyəliyevin saxlanılması təmin edilib.

Faktlarla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью