Polis Balakəndə əməliyyat keçirdi: TUTULAN VAR FOTO/VİDEO

02.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib.
Məhkəmənin qərarı ilə İ.Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.





Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью