Polis basqın etdiyi evdə qartal, timsah və anakonda tapdı

21.12.2024

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Qaçaqmalçılıq Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları Beykoz şəhərində bir ünvanda nadir heyvanların saxlandığına dair məlumat əsasında hərəkətə keçib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, axtarış zamanı evdə diri halda 1 qaya qartalı, 1 Nil timsahı, 2 cənnət tutuquşusu, 1 anakonda, eləcə də öldürülüb içi doldurulmuş vəziyyətdə 1 boa ilanı, 1 taclı durna, 1 dağ keçisi və 1 Nil timsahı aşkarlanıb.

Axtarış zamanı həmçinin 1 ayı dərisi və ovlanaraq öldürülmüş bir Afrika camışı da ələ keçirilib.

Hadisə ilə əlaqədar 1 nəfər şübhəli şəxsin həbsi üçün araşdırmalar davam edir.

Rəhman Mirzəlizadə, BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью