Polis Bərdədə əməliyyat keçirdi: Saxlanılan var

30.11.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb.
Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью