Polis bir gündə 11 ədəd odlu silah aşkarladı

19.06.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

İyunun 18-də Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı paytaxt və respublikanın müxtəlif rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

Milli.Az xəbər verir ki, keçirilən tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron müsadirə olunub.

DİN-dən bildirilib ki, qanunsuz odlu silahların aşkar edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью