Polis bu qadını axtarır Foto

12.07.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub.

Onun əlamətləri: boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.

Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in "102" Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью