Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Noyabrın 14-ü və 15-də Azərbaycanda 58 cinayət qeydə alınıb, polis tərəfindən əvvəlki dövrlərdən bağlı qalan daha bir cinayətin açılması təmin edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iki gün ərzində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 29-u borclu şəxs qismində axtarışda olub. Online shopping Azərbaycan
Həmçinin ölkə ərazisində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Məlumata görə, hesabat dövründə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.