Polis bu uşağın valideynlərini AXTARIR

15.12.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb. Azyaşlı ərazi üzrə polis orqanına gətirilib.

Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью