Polis deputatı belə çəmbərə alıb FOTO

01.05.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

İstanbulda bu gün 1 May Əmək və Həmrəylik Günü ilə bağlı gərginlik yaşanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, br qrup CHP-li Taksim meydanına yürüş etmək üçün Beşiktaş və Şişlidə bir araya gəlib. 

Məlumata görə, müxtəlif şüarlar səsləndirən qrupla polis arasında qarşıdurma yaranıb. 

Bildirilir ki, polis qrupu dağıdıb, xeyli şəxsi həbs edib.

Maraqlı hadisələrdən biri də Mecidiyeköydə baş verib. Belə ki, CHP-nin Trabzondan deputat olan Sibel Suiçmez polislər tərəfindn qalxanlarla "həbs olunub".

Çəmbərdən xilas ola bilməyən deputat başına gələnlərlə bağlı deyib: "Mən burada gördüyünüz kimi, faktiki həbsdəyəm"

Firudin Səfərli
Mia.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью