Polis Elçin Hüseynovu narkotikə görə SAXLADI FOTO

26.05.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynov saxlanılıb.

DİN-dən Bakupost.az -a verilən məlumata görə, ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью