Polis əlində iki bıçaq olan 12 yaşlı kar qızı güllələdi

19.11.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyada polis əlində iki bıçaq olan 12 yaşlı qızı güllələyib. Avtosfer.az "Bild"ə istinadən xəbər verir ki, hadisə noyabrın 17-də Almaniyanın Bohum şəhərində yaşayış binasında baş verib. Polis itkin düşən uşaq hesabatını hazırlamaq üçün əraziyə gəlib. Karlıq və şəkər xəstəliyindən əziyyət çəkən qız qəyyumlarından qaçaraq valideynlik hüququndan məhrum edilən anasının yanına sığınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olan zaman məktəbli iki bıçaqla onlara yaxınlaşıb. Polislərdən biri iki metr məsafədən qıza atəş açıb. Qarnından güllə yarası alan qız xəstəxanaya çatdırılıb. Vəziyyəti stabildir. Polis atəşi özünümüdafiə məqsədilə açdığını qeyd edib. Hazırda polis hadisənin başvermə səbəbini araşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью