Polis əməkdaşı avtoqəzada həyatını itirdi

15.11.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Noyabrın 15-də Səbail rayonu Salyan şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью