Polis əməkdaşı yol qəzasında həyatını itirdi

15.11.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Səbail rayonunda Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.

"Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib", məlumatda vurğulanıb.

Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью