Polis əməkdaşını bıçaqla qətlə yetirən şəxs saxlanılıb

24.04.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Leninqrad vilayətinin Kinqisepp şəhərində polis əməkdaşına bıçaqla hücum edən şəxsi saxlayıblar.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RT-yə mənbə məlumat verib.

Həbsin təfərrüatları araşdırılır. Saxlanılan şəxs barəsində cinayət işi açıldığı məlum olub.

...Aprelin 23-də bıçaqla silahlanmış şəxsin polis əməkdaşına hücumu məlum olub.

Hüquq-mühafizə orqanının əməkdaşının boyun nahiyəsindən aldığı yaradan dünyasını dəyişdiyi bildirilib.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью