Polis əməkdaşları 11 kqdan çox narkotik vasitə aşkarlayıb Yeni Sabah

09.11.2024

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 8-də ümumi çəkisi 11,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, narkotik vasitələr - 1,5 kiloqramdan artıq heroin, 8,1 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin 2 ədəd metadon və 854 ədəd preqabalin həbi qanunsuz dövriyyədən çıxarılıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью