Polis əməkdaşları 5 avtomat, 1 tapança, 3 tüfəng aşkar edərək götürüblər

09.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 3 tüfəng, 3 patron darağı və 78 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью